Müxalifət partiyaları razılığa gəlib
22 Avqust 2010 Bazar 18:10
BQP, BAXCP və Ədalət Partiyası parlament seçkilərində birgə iştirakla bağlı müzakirələr aparıb.
Böyük Quruluş Partiyasının (BQP) mərkəzi mənzil-qərargahında BQP, BAXCP və Ədalət Partiyasının liderləri bir araya gəlib. Fazil Mustafa, Qüdrət Həsənquliyev və İlyas İsmayılov parlament seçkilərində birgə iştirak barədə müzakirələr aparıb.
Müzakirələr zamanı əsasən hər üç partiyanın rəhbərliyində təmsil olunan namizədlərlə bağlı ümumi razılıq əldə olunub və danışıqların davam etdirilməsi qərara alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: