Müşahidəçi: "Hələlik qanun pozuntusu qeydə alınmayıb"
07 Noyabr 2010 Bazar 12:05
Ağstafada 41 min 532 seçici səs verməlidir.
Bu gün Azərbaycanda parlament seçkisi keçirilir. Bütün bölgələrdə olduğu kimi Ağstafa rayonunda bu proses artıq başlayıb. Rayonda 108-saylı seçki dairəsi üzrə 41 min 532 seçici 39 məntəqədə səs verməlidir. Məntəqələrdən 3-ü rayon ərazisindəki hərbi hissələrdə təşkil edilib.

ANS-in bölgə müxbirinin müşahidə apardığı 2 saylı məntəqədə 1451 seçici qeydə alınıb. Bu məntəqələrdə 1-i Xətai kəndində olmaqla 5-də “web-kamera” quraşdırılıb. Respublika üzrə digər məntəqələrdə olduğu kimi burada da məntəqə sədri və komissiya üzvlərinin iştirakı ilə seçki qutuları möhürləndikdən sonra saat 08:00-da seçkiyə start verilib.

Ağstafa 108 saylı DSK-nın sədri Teymurlan Eyubovun ANS-ə verdiyi məlumata görə, saat 07:45-də təlimata uyğun olaraq seçki qutuları bağlanıb. Saat 08:00-da isə seçkiyə başlanılıb.

Seçki məntəqəsində müşahidəçi qismində iştirak edən İlham Mansurov hələ ki hər şeyin yaxşı olduğunu, heç bir qanun pozuntusuna yol verilmədiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar