Müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib
14 İyul 2010 Çərşənbə 11:15
Müdafiə naziri Polşanın ölkəmizdəki səfirini qəbul edib. Görüşdə regionda mövcud hərbi - siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini qəbul edib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri səfirlik müddətini başa vuran diplomata ikitərəfli hərbi əməkdaşlıq münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.
Görüşdə regionda mövcud hərbi - siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. anspress
DOSTLARINLA PAYLAŞ: