Millət vəkilinə "Türk Dünyasına Xidmət Mükafatı" verilib
05 Yanvar 2010 Çərşənbə Axşamı 17:05
Türkiyənin Azərbaycandakı səfiri də bu mükafata layiq görülüb
"Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi" (TÜRKSAV) tərəfindən hər il "Türk Dünyasına Xidmət Mükafatı" nominasiyasında təqdim olunan mükafatın 2009-cu ildəki sahibləri açıqlanıb. Mükafata layiq görülənlərdən biri Azərbaycanın millət vəkili, professor, tarix elmləri doktoru Cəmil Həsənlidir. Bundan başqa, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç da bu mükafata layiq görülüb.

TÜRKSAV-ın sədri Yəhya Akengin bildirib ki, mükafatlar mart ayında Şimali Kipr Türk Cümhuriyyətində təşkil ediləcək mərasimdə sahiblərinə təqdim olunacaq.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar