Millət vəkili Litvaya səfər edəcək
16 İyul 2010 Cümə 10:30
Səfər Litva Milli Dirçəliş Partiyası sədrinin dəvəti əsasında həyata keçirilir.
Milli Məclisin deputatı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Litvanın Milli Dirçəliş Gənclər İttifaqının təsis konqresində iştirak etmək üçün bu gün Vilnüs şəhərinə yola düşəcək.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, səfər Litva Milli Dirçəliş Partiyası sədrinin dəvəti əsasında həyata keçirilir. Tədbirdə yeni yaradılan təşkilatın vəzifə və məramları haqqında məlumat veriləcək.

Toplantıya qatılan Fuad Muradov Litvanın Milli Dirçəliş Gənclər İttifaqının təsis edilməsi münasibəti ilə təbriklərini və xoş arzularını bildirəcək. Həmçinin görüşdə Azərbaycan gənclər təşkilatlarının fəaliyyəti, beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığı barədə müzakirələr aparılacaq. Qeyd edək ki, səfər iyulun 19-da başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar