Mehriban Əliyeva fransız kinoaktrisası Katrin Denev ilə görüşüb
05 May 2011 Cümə Axşamı 02:46
Mayın 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşüb.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Katrin Denevi salamlayaraq dünya şöhrətli kinoaktrisanı ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Katrin Denevin Azərbaycana ilk dəfə səfər etdiyini, məşhur aktrisanın artıq Bakının bir sıra görməli yerləri və tarixi abidələri ilə tanış olduğunu deyən Mehriban Əliyeva səfərin uğurlu keçəcəyinə əminliyini ifadə edib.
Mehriban Əliyeva ölkəmizin zəngin mədəniyyətə malik olduğunu, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsində bir sıra mühüm layihələr reallaşdırdığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransada nəşr olunan nüfuzlu “L’Officiel” jurnalının rus versiyasının baş redaktoru Evelina Xromçenko ilə görüşüb.
Tanınmış jurnalist Evelina Xromçenko Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar