Lalə Şövkət deputatlığa namizədliyini verməyəcək
18 Avqust 2010 Çərşənbə 12:00
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət bu il keçiriləcək parlament seçkisində namizədliyini irəli sürməyəcək. Bu barədə APA-ya ALP-nin sədr əvəzi Əvəz Temirxan məlumat verib.
Ə. Temirxan bildirib ki, namizədliyini irəli sürməməsinə baxmayaraq, ALP lideri seçki prosesində partiyanın Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə birlikdə yaradacağı və digər qurumların da qoşulacağı seçki blokunun namizədlərini dəstəkləyəcək.
Ə. Temirxan onu da deyib ki, ALP və VİP Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin hansı dairədən müstəqil olaraq namizədliyini irəli sürməsindən asılı olmayaraq onu müdafiə edəcək: “Düşünürəm ki, Rais Rəsizadənin namizədliyini hamı dəstəkləməlidir”. APA
DOSTLARINLA PAYLAŞ: