İlham Əliyev Qırğızızstan prezidentini təbrik edib
27 İyul 2009 Bazar Ertəsi 15:05
Dövlət başçısı yeniden prezident seçilən Kurmanbek Bakıyevə uğurlar diləyib

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qırğızıstanın dövlət başçısı Kurmanbek Bakıyevi vəzifəsinə yenidən seçilməyi münasibəti ilə təbrik edib.

Prezident onun Azərbaycan-Qırğızıstan dostluğunun möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyinə əminliyini bildirib. "Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Qırğızıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Xatırladaq ki, Qırğızıstanda prezident seşkisi iyul ayının 23-də keçirilib. Seçkidə 6 namizəd mübarizə aparıb. K.Bakıyev seçicilərin səslərinin əksəriyyətini qazanaraq yenidən bu posta seçilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar