İlham Əliyev Mahmud Əhmədinejada məktub göndərib
16 İyul 2010 Cümə 21:25
Prezident Zahedanda baş vermiş hadisə ilə əlaqədar həmkarına başsağlığı verib.
Prezident İlham Əliyev İran İslam Respublikasının dövlət başçısı Mahmud Əhmədinejada Zahedan şəhərində baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. İlham Əliyev İran prezidentinə başsağlığı məktubu ünvanlayıb.

"Hörmətli cənab prezident, Zahedan şəhərində baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!",- deyə dövlət başçısının məktubunda qeyd edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar