İlham Əliyev Heydər Əliyev Mərkəzində olub
27 Dekabr 2011 Çərşənbə Axşamı 21:03
Dövlət başçısı İlham Əliyev orada aparılan inşaat işlərinin gedişi ilə tanış olub.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olublar. Tikintinin layihəsi əsasında görülən və görüləcək işlər barədə prezident İlham Əliyevə məlumat verilib. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin həyətyanı sahəsində görülən inşaat işləri ilə tanış olub. Burada aparılan işlər barədə prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib. Azərbaycan prezidenti inşaat işlərinin aparıldığı ayrı-ayrı tikinti sahələrini gəzib, görülən işlərlə yerindəcə tanış olub.

İnşaatda istifadə olunacaq tikinti materialları barədə prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaq bu mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla yanaşı, beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcək.

Prezident İlham Əliyev inşaat işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar