İlham Əliyev Anatoli Serdyukovu qəbul edib
11 May 2010 Çərşənbə Axşamı 14:40
Rusiya müdafiə naziri Qələbə bayramının təşkili işinə verdiyi qiymətə görə dövlət başçısına minnətdarlıq edib
Prezident İlham Əliyev Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul edib. Dövlət başçısı Moskvada 9 May münasibətilə keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunması ilə bağlı Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu təbrik edib. Prezident İlham Əliyev bayram mərasimində Azərbaycan zabitlərinin iştirakını ölkələrimiz arasında dostluq münasibətlərinin rəmzi kimi qiymətləndirib.
Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Moskvada keçirilən 9 May - Qələbə bayramının təşkili işinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlıq edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu səfərin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: