İlham Əliyev Abdulla Gülə başsağlığı verib
20 May 2010 Cümə Axşamı 19:10
Prezident Zonquldağdakı kömür şaxtasındakı partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldığını qeyd edib.
Prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülə başsağlığı teleqramı göndərib. Zonquldağ vilayətindəki “Karadon” kömür şaxtasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldığını qeyd edən dövlət başçısı bu faciə ilə əlaqədar A. Gülə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, mayın 17-də baş vermiş partlayış nəticəsində 30 şaxtaçı həlak olub. Onların 28-nin cəsədi dağıntılar altından çıxarılıb. anspress
DOSTLARINLA PAYLAŞ: