Elnur Məmmədli: "Səs verməyi özümə borc bilirəm"
07 Noyabr 2010 Bazar 14:00
Olimpiya çempionu Elnur Məmmədli səs verib.
Bakının Nəsimi rayonunda 3 seçki dairəsi olmaqla 88 məntəqə üzrə səsvermə aparılır. 22 saylı Nəsimi rayon ikinci seçki dairəsinin 24 saylı məntəqəsində keçirilən seçki prossesində bu saata qədər qanun pozuntusu qeydə alınmayıb.
Məntəqə sədrinin sözlərinə görə, günorta saatlarına qədər 250-yə yaxın vətəndaş seçkidə iştirak edib ki, onlardan biri də cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli olub.
Elnur Məmmədli: "Mən gələcəyimizə səs verirəm. Bunu özümə borc bilirəm və inanıram ki, gələcəyimiz yaxşı olacaq". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: