Belarus prezidenti İlham Əliyevi təltif edib
24 Dekabr 2011 Şənbə 17:04
Azərbaycanın dövlət başçısı "Xalqlar Dostluğu" ordeninə layiq görülüb.
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edib. ANS PRESS-in "Belta" agentliyinə istinadla verdiyi məlumata görə, təbrikdə Lukaşenko Azərbaycan-Belarus münasibətlərinin inkişafında həmkarının səylərini yüksək qiymətləndirib. O, iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Bundan əlavə, Belarus prezidenti İlham Əliyevi “Xalqlar Dostluğu” ordeni ilə təltif edib. Azərbaycanın dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin qurulması, inkişafında şəxsi töhfələrinə görə təltif edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar