Azərbaycanlı deputata Cəngavər ordeni verilib
10 İyul 2012 Çərşənbə Axşamı 05:36
Mərasim İtaliyanın Azərbaycandakı səfirliyində keçirilib.
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçı qrupunun rəhbəri Azər Kərimliyə İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni təqdim olunub. Bu barədə Modern.az saytına açıqlamasında deputat məlumatı təsdiqləyib.

Qeyd edək ki, ötən gün İtaliyanın Azərbaycandakı səfirliyində ölkəmizə rəsmi səfərə gələn İtaliya xarici işlər nazirinin müavini və iqtisadi inkişaf naziri ilə Milli Məclisin deputatları arasında görüş olub. Həmin görüşdə Azər Kərimliyə bu orden təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar