Azərbaycanın Türkiyədəki səfirinə “İlin səfiri” mükafatı təqdim olunub
31 Dekabr 2009 Cümə Axşamı 12:45
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov “İlin səfiri” mükafatına layiq görülüb. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bütün Anadoluda Fəaliyyət Göstərənlər və İşçilər Birliyi (BAFGİB) ənənəvi olaraq, hər il, Türkiyəyə layihə və fəaliyyətləri ilə dəstək verən, xalqın təqdirini qazanmış dövlət adamları, nazirlər, millət vəkilləri, bələdiyyə başçıları, vətəndaş cəmiyyəti təşkilatları, mətbuat və sənət adamlarına “Müvəffəqiyyətli Xidmət” mükafatları verir.

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Tda 2009-cu ildə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər istiqamətindəki fəaliyyətinə görə BAFGİB-nin “İlin səfiri” mükafatına layiq görülüb.

Mükafat birliyin tədbirində səfirə təqdim olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar