Azərbaycan prezidenti Çexiyaya yola düşüb
06 May 2009 Çərşənbə 12:10
Azərbaycan prezidenti İlham Əliyev mayın 6-da Çexiya Respublikasına yola düşüb.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan dövlət başçısını Heydər Əliyev Beynəlxalq Hava Limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Qeyd edək ki, Azərbaycan prezidenti mayın 7-də Praqada keçiriləcək “Şərq tərəfdaşlığı” və “Cənub dəhlizi” sammitlərində iştirak edəcək. Bundan başqa, səfər çərçivəsində Azərbaycan dövlət başçısının ermənistanlı həmkarı Serj Sərkisyanla da görüşü nəzərdə tutulur.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar