Artur Rasizadə səs verib
07 Noyabr 2010 Bazar 11:10
Baş nazir Artur Rasizadə seçki məntəqəsinə xanımı ilə birgə gəlib.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Milli Məclisə keçirilən seçkidə səs verib. Hökumət başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, adıçəkilən məntəqədə 1426 seçici qeydiyyata alınıb. Seçkini 10-dan artıq yerli, habelə beynəlxalq müşahidəçilər qrupu izləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: