Abbasəli Həsənov Azərbaycanın Tacikistandakı səfiri təyin olunub
10 Fevral 2012 Cümə 19:39
Azərbaycan prezidenti İlham Əliyev Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.
Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Xatırladaq ki, Abbasəli Həsənov bundan əvvəl Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar