Tatu etdirən gənc qızın ayağı kəsilə bilər
10 Dekabr 2009 Cümə Axşamı 19:55
Tatu etdirən gənc qızın ayağı kəsilə bilər. 26 yaşlı belçikalı Debora Leli komaya düşüb.
Təqribən iki həftə öncə ayağına tatu etdirən 26 yaşlı belçikalı Debora Leli infeksiyaya yoluxduğu üçün komaya düşüb. Bu səbəbdən o, ayağını itirə bilər.

Debora bu addımı nişanlısından ötrü atıb və ayağına qızılgül şəkli döydürüb. Lakin bir neçə gündən sonra onun ayağı elə şişib ki, qız gəzə bilməyib və təcili xəstəxanaya çatdırılıb.

Həkimlər qızın ayağında ağır yoluxma müəyyən edib. Hazırda qız komadadır, həkimlər onun həyatını və ayağını xilas etməyə çalışır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar