Səhiyyə Nazirliyindən insanlara xəbərdarlıq
07 May 2014 Çərşənbə 11:03
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov yay mövsümünün yaxınlaşması ilə əlaqədar insanları həşərat sancmalarına məruz qalmamaları üçün ehtiyatlı olmağa çağırıb.
Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov yay mövsümünün yaxınlaşması ilə əlaqədar insanları həşərat sancmalarına məruz qalmamaları üçün ehtiyatlı olmağa çağırıb.

A.Maqsudov Trend-ə bildirib ki, havalar istiləşəndə hörümçəyin bir növü olan qara qurd və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur. Buna görə də insanlar özlərini bu həşəratlardan qorumalıdırlar: "Hələlik havalar sərin keçdiyindən bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlər edilməyib. Ancaq havalar istiləşən kimi bununla bağlı da müraicətlərin daxil olacağı gözlənilir".

A.Maqsudov deyib ki, qara qurd, sarı və qara əqrəblərdən zəhərlənənlər arasında Aran rayonlarında - Yevlax, Bərdə, Hacıqabul, Kürdəmir və Bakı ətrafı rayonlarda yaşayan insanlar üstünlük təşkil edirlər. Kənd təsərrüfatı işlərinin görüldüyü ərazilərdə çalışan insanlar da belə zəhərlənmələrə məruz qalırlar.
Toksikoloqun sözlərinə görə, aprelin 20-dən sonra gürzə ilanının çalması nəticəsində zəhərləniş 6 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 5-i artıq evə buraxılıb. Hazırda xəstəxanada ilan sancması nəticəsində zəhərlənmiş Hacıqabulda yaşayan, 43 yaşlı qadın müalicə olunur. Yaxın günlərdə həmin qadın da evə buraxılacaq. İlan sancması nəticəsində zəhərlənən digər şəxslər Bakı və Bakı ətrafı kəndlərdə yaşayan şəxslər olub.

A.Maqsudov bildirib ki, bu ilin əvvəlindən dərmanların əlavə təsirləri ilə əlaqədar 38 nəfər xəstəxanaya müraciət edib. Yalnız aprel ayında 14 nəfər dərmanların əlavə təsirləri ilə əlaqədar KTM-yə müraciət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar