Uşaqlarda yerimənin gecikməsinin səbəbləri
14 Mart 2013 Cümə Axşamı 08:29
Normal inkişaf etmiş uşaqlar 2 yaşadək ayaq açır.
Adətən, yeni övlad sahibi olan valideynlərin bir çoxunu narahat edən suallardan biri övladlarının nə zaman ayaq açması ilə bağlı olur. Hətta bəziləri yürütkəc almaqla, müxtəlif massaj seansları ilə bu prosesi tezləşdirməyə çalışırlar. Lakin mütəxəssislər bildirir ki, əslində, körpənin ayaq açması ilə bağlı dəqiq kriteriyalar mövcud deyil.

Normal inkişaf etmiş uşaqların yeriməsi təxminən 9 ayla 2 yaş arasında olur. Lakin adətən valideynlər artıq 1 yaşda övladlarının addımlamasını gözləyirlər. Çox zaman uşaqlar bu yaşda yerisə də, bəzi hallarda bu prosesdə gecikmələr də olur.

Mütəxəsislərin sözlərinə görə, körpənin yeriməsi 3 faktordan - əzələ gücü, tarazlama qabiliyyəti və temperamentdən asılıdır. Sakit temperamentli uşaqlar daha ehtiyatlı hərəkətlər edərək, tez yeriməyə can atmır, iməkləməklə kifayətlənirlər. Temperamentli uşaqlar isə impulsiv olur, hər şeyi, həmçinin yeriməyi də daha tez öyrənməyə çalışırlar.

Bundan başqa uşağın yeriməsinə təsir edən amillər arasında onun bədən çəkisi də rol oynayır. Belə ki, çəkisi az olan uşaqlar daha tez yeriyir. Uşaqlarda ayaq açmanın gecikməsinin psixoloji səbəbləri də məlumdur.

Odur ki, valideynlər körpələrinizə qarşı diqqətli olmağı düşünərkən təbii prosesləri və övladınızın fizioloji inkişafını tezləşdirməyə çalışmayın. Övladınıza güvənin. Çünki hər bir uşaq öz-özlüyündə unikaldır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar