Siqaret çəkənlərin övladı sonsuz olur
12 İyul 2013 Cümə 23:49
Avstriya mütəxəssisləri 2900 qadını və övladını müayinə ediblər.
Hamiləlik vaxtı siqaret çəkmiş anaların oğullarının sperması keyfiyyətiz olur. ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, bu nəticəyə Avstriya mütəxəssisləri gəliblər.

Onlar 2900 qadını və onların oğullarını on illər boyunja müşahidə ediblər. Gənc kişilər 20-22 yaşlarında müayinə edilib və cinsi hormonların səviyyəsi yoxlanılıb. Məlum olub ki, onların altı nəfərindən birində spermanın keyfiyyəti normaya uyğun gəlmir. Bunun səbəbi isə anaların hamiləlik vaxtı siqaret çəkməsidir. Belə oğlanlarda sperma yaranması da aşağı səviyyədə olur. Siqaret çəkən anaların oğulları sperma istehsalı və eykulyasiya zamanı da çətinlik çəkirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar