Kompüterden istifade uşaq psixologiyasına menfi tesir gösterir
01 Oktyabr 2013 Çərşənbə Axşamı 13:53
Uşaqların internete bu qeder maraq göstermesinin sebeleri çoxdur.
Bu gün internet gündəlik həyatımızın bir hissəsinə çevrilib. Azərbaycan əhalisinin böyük hissəsi işlərinin çoxunu internet vasitəsilə həyata keçirir. İnternetə olan təlabat çörəyə olan təlabatla bir tutulur desək, yanlmarıq.

İnternetdən daha çox istifadə edənlər isə orta məktəb şagirdləridir. Şəhərdə fəaliyyət göstərən internet klublarda istənilən yaşda məktəbliyə rast gəlmək olar. Uşaqların çoxu internet klublardan müxtəlif oyunlar oynamaq üçün istifadə edirlər. Bu da təbii ki, onların yeni formalaşmağa başlayan psixologiyasına mənfi təsir göstərir.

Psixoloq Sevda Mahmudova ANS PRESS-ə açıqlamasında, bu fikrimizi təsdiq etdi. Azyaşlı uşaqların internetə daha çox meyilli olduğunu söyləyən müsahibimiz bildirdi ki, bu, azyaşlıları dərsdən yayındırır, yorur və onları aqressiv edir. Onun sözlərinə görə, uşaqlara komputerdən yalnız bir saatlıq istifadə etməyə icazə verilməlidir: “Əvvəl çox şeyi zəmanənin, indi də internetin üstünə atırıq, Əslində bütün günahları kiminsə üzərinə atmaq da böyük hünərdir”.

Uşaqlar üzrə mütəxəssis Xəlil Cabbarov uşaqların komputerə, internetə bu qədər meyilli olmasının bir neçə səbəbini göstərdi. Onun sözlərinə görə, birinci əsas səbəb həyat tərzini düzgün yaşamamaqdır: “Digər səbəblər isə insanlığın ikiləşməsi, ailə-məişət problemləri, ər-arvad arasında yaşanan maddi, intim problemləridir. Bunların da hamısı internetdə cəmlənir. Uşaqlar evdəki problemləri görüb, gəlir internetə və evdən baş verənlərin qisasını internetdə çıxmağa başlayır. Belə ki, müxtəlif oyunlarla, xüsusilə də geniş yayılmış döyüş oyunları ilə qəzəblərini soyutmağa çalışırlar”.

Mütəxəssis bir məsələni də diqqətimizə çatdırdı: “Elə qızlar var ki, oğlan adı ilə, elə oğlanlar da var ki, qız adı ilə social şəbəkələrdə qeydiyyata keçərək, qarşı tərəfin hissləri ilə oynayırlar. Bunun da qarşısını almaq qeyri-mümkündür”.

Müsahibimizin sözlərinə görə, internetdə saatlarla vaxt kecirmənin insan sağlamlığına və psixologiyasına necə ziyan vurduğunu başa düşmək və azyaşlı uşaqları bacardıqca uzaq tutmaq lazımdır: “Çünki, internetlə çox məşğul olmaq və komputerdə saatlarla oyun oynayan uşaqlar daha əsəbi olurlar. Öz övladına yalnız bir saatlığa komputerdən istifadə etməyə icazə verdiyini deyən X.Cabbarov bildirdi ki, bunu tam məhdudlaşıdrmaq da olmaz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar