İnsanlarda daha kariyes olmayacaq
26 İyul 2012 Cümə Axşamı 22:30
Alimlər diş çürüməsinin qarşını alacaq maddə icad ediblər.
ABŞ və Çilidən olan araşdırmaçılar iddia edir ki, diş çürüməsinin (kariyes) profilaktikasında ciddi irəliləyişlər əldə ediblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar tərəfindən aşkar edilmiş maddə 60 saniyə ərzində dişlərdə cürümə yaradan bakteriyanı məhv edir.

“Keep 32” adlanan molekul Yelsk Universitetindən olan Xose Kordova və Çili Universitetindən Erix Astudillo tərəfindən hazırlanıb. Belə ki, onların yaratdıqları molekul diş minasını dağıdan “Streptococcus mutans” adlı bakteriyanı məhv edərək, şəkəri tez bir zamanda süd turşusuna çevirir.

Hələlik bu maddənin kimyəvi xüsusiyyətləri və təsir mexanizmi açıqlanmır. Amma artıq alimlər “Keep 32”ni patentləşdirmək niyyətindədir. Onun qəbulu üçün isə maddənin insanlar üzərində sınanılması mərhələsi qalıb.

Alimlər deyir ki, bunun üçün 18 ay kifayətdir. Onlar “Keep 32” maddəsinin diş məcunlarına, ağız gigiyenası əşyalarına, hətta yeməyin içinə belə əlavə etmək mümkün olacağını istisna etmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar