Həkimlərdən şəkərlə bağlı xəbərdarlıq!
03 Fevral 2012 Cümə 11:25
Şəkər siqaret və içki qədər təhlükəlidir.
Şəkərin tütün və spirtli içkilər qədər zərərli olduğu müəyyənləşdirilib. Mütəxəssislər bununla bağlı şəkərə vergi tətbiq olunmasını və paketlərin üzərində bildirişlərin qeyd edilməsini təklif ediblər.
Belə ki, Kaliforniya universitetinin dietoloqları xəbərdarlıq edirlər ki, şəkərin artıq miqdarda istifadəsi kökəlmə ilə yanaşı, qaraciyəri yorur və qan təzyiqinin artmasına səbəb olur. Son 50 il ərzində şəkərin istehlakının 3 dəfə artığını açıqlayan mütəxəssislər, paralel şəkildə kökəlmə, yüksək qan təzyiqi və şəkər xəstəliyinin də yayıldığını qeyd edirlər.





DOSTLARINLA PAYLAŞ:

oyunlar