Çox çay içən qadın nadir sümük xəstəliyinə yaxalandı
23 Mart 2013 Şənbə 07:12
Gün ərzində təxminən 100 stəkan paket çay içən qadın bel və qol ağrıları ilə həkimə müraciət edib.
ABŞ Miçiqan əyalətinin sakini olan 47 yaşlı qadın çox çay içidiyi üçün nadir hallarda rastlanan sümük xəstəliyinə yaxalanıb. Məlumata görə, gün ərzində təxminən 100 stəkan paket çay içən qadın bel və qol ağrıları ilə həkimə müraciət edib. Endokrinologiya mütəxəssisi xəstə qadının rentgen filmlərinə baxaraq onun onurğasının bel sümüyü ilə birləşdiyi yerdə sümüklərin sıxışdığını, qol vətərlərində sərtləşmə əmələ gəldiyini müəyyən edib.

Qadının qanında normaldan 4 dəfə çox ftorid olduğunu aşkarlayan həkimlər xəstədə “sklet flüorozu” olduğunu güman edirlər.

“Business Insider”in yaydığı xəbərə görə, Amerikada nadir hallarda aşkarlanan bu xəstəlik əsasən içməli suyunda çox miqdarda ftorid olan Çində və Hindistanda yayılıb.

Qeyd edək ki, “sklet flüorozu” tərkibində çox miqdarda ftorid olan çay və sudan istifadə zamanı meydana gələn sümük xəstəliyidir. Endokrinoloq böyrəyin ftoridi bədəndən xaric etdiyini, amma çox istifadə edildiyi vaxt sümüklər üzərində mənfi təsirinin olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar