Gəlin sonunu gözləyək
Ramil Kazımov
15 Aprel 2009 Çərşənbə 17:47
        Çoxdandır yazmıram ama yazmağa çalışacam, siyasətə qarışmayım deyirem ama, hərdən belə problemler olur. Necə olsun ki, bu saat ölkə “Türkiyə Ermənistana sərhəd açmasın”, deyə 100 derecede qaynayır. Mən də istəmirəm ki, türkiyəli qardaşlarımız onların da, bizim də düşmənimiz olan ermənilərə qapı açsınlar. Amma gərək hər sözü, söhbəti səbirlə edəsən...
        Yazımın əvvəlində də dedim, indi də deyirəm: Mən inanmıram ki, Türkiyə Azərbaycanın ayağını bastalasın. Ortada xəyanət yoxdur, olsa-olsa fikir ayrılığı, düşüncə fərqi var. Amma bu ayrılığı, bu fərqi aradan qaldırmaq üçün gərək oturub yaxşı-yaxşı danışıq edələr ki, xalqın içinə vəlvələ düşməsin. Amma son günlər baş verən hadisələrdən bir az da ona görə telesiyem ki, deyəsən biz elə üz döndərməyi də, küsməyi də rahat şəkildə qəbul edə bilərmişik. Türkiyə ilə Azərbaycan qardaşdır. Kim bu qardaşlığa leke gətirərsə, özünə qəbir qazmış olar. 
        Amma yenə deyim ki, mən Türkiyənin Ermənistana, özləri demişkən, “kolay-kolay” qapı açacağına inanmıram. Əgər qapı açılsa belə, bunun əvəzində mütləq bir şey alınacaq. Bu alınan şeyin nə olacağını da deməyə çətinlik çəksəm də, onu bilirəm ki, qapını açan lazım gəlsə, onu bağlaya da bilər. 
        Bir məsələ də var ki, Türkiyə artıq regionun hegemon dövlətinə çevrilməkdədir. Bunu hər kəs bilir. Əgər Amerika Prezidenti qardaş ölkəyə bu qədər böyük dəyər verirsə, demək, işin içində bizim bilmədiyimiz çox şeylər var. Zarafat deyil, Türkiyə NATO-nun Baş katibinin seçkisində öz səlahiyyətindən istifadə edərək veto qoydu. Nəticədə ABŞ Prezidenti Obama başda olmaqla, bir dəstə adam işə qarışdı, minnətçi düşdü. Türkiyə tərəfi də bu vaxta qədər Danimarkanın Türkiyə və İslam dünyasına qarşı ədəbsiz davranışlarını sadalayaraq, bu gözlənilməz addımını əsaslandırdı. Türkiyənin əsasları qəbul olundu. Amma dünya da bu vaxta qədər Türkiyədən belə bir addım görməmişdi və bu sərt davranış qarşısında müəyyən qədər geri çəkilməli oldu. İndi NATO Baş katibinin müavini də Türkiyədən seçiləcək və Danimarka kimi dinsiz bir ölkədə İslam əleyhinə təbliğatın da qarşısı alınacaq. Ölkə öz gücündən xəbərsiz olanda, iradəsini ortaya qoymayanda, əlbəttə, onu saymayacaqlar. Türkiyə artıq özünü saydırmağı bacardı. NATO-nun Baş katibindən danışmışkən, onun Türkiyədə yıxılmağını da xatırlamaya bilmədim. Bu adam müsəlmanlar əleyhinə aparılan kampaniyanı fikir azadlığı, söz azadlığı kimi məntiqsiz ifadələrlə pərdələdi. Bu necə söz azadlığıdır ki, 1 milyarddan çox insanın hissiyyatına, dini duyğularına ox kimi saplanır. Belə azadlığın gözünü oyarlar. Təbii, bizim o gücümüz yox idi, amma o İslamın sahibi də xırdaca da olsa, bir xəbərdarlıq elədi. Bu yerdə Peyğəmbərimizin bir sözü yadıma düşdü: “Mədinə elə bir şəhərdir ki, içində pis niyyəti olan bu şəhərdə barına bilməz”. Görünür İstanbulda da elə bir xassə, bir keyfiyyət var imiş ki, uca dinimizə sataşan bu şəhərin tualetində yıxıldı. Həm də elə yıxıldı ki, çiyni çıxdı. Bu da sənə dərs almaq üçün başqa bir mənzərə. Bəli, dərs almaq lazımdır. Allah-Təala bəzən kimlərisə götürüb yerə çırpır ki, görənlər dərs alsınlar. Əsas məsələ dərs almaqdır. Dərs ala bilməyənlər haqqında “qəlbi möhürlənib” deyirlər. 
        Sözümün sonunda yenə deyirəm, gəlin səbirli olaq. Axı, hər şeyin başı səbirdir.