Mədəniyyət

Azərbaycanlı gənc musiqiçilər Rostovda keçirilən müsabiqənin “Qran-pri” mükafatına layiq görülüblər

Azərbaycanlı gənc musiqiçilər Rostov şəhərində keçirilən “Millətin Sərvəti – 2011” (“Sokrovişşe natsii – 2011”) müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülüblər.

· Xəbərçi
Azərbaycanlı gənc musiqiçilər Rostovda keçirilən müsabiqənin “Qran-pri” mükafatına layiq görülüblər
 Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə gənc skripkaçılar - Bakı şəhər Q. Qarayev adına 8 saylıi Onbirillik Musiqi Məktəbinin şagirdi, 15 yaşlı Nadir Eyvazov və M. Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin şagirdi, 10 yaşlı Elxan Zəkizadə iştirak edib və hər biri öz yaş qrupunda müsabiqənin ən yüksək mükafatına layiq görülüblər. Şagirdlərin göstərdikləri yüksək nəticələrə görə onların müəllimləri Hökümə Əliyeva və Mahirə Tabiyeva diplomla təltif olunublar.

Şərhlər