Zaur Əmirəslanov off-road pilotlarına layihə hazırladı
07 Fevral 2014 Cümə 17:45
Zaur Əmirəslanov: Bu yarışlar əsl emosiya, adrenalin, çilğınlığ, unudulmaz təəsuratla doludur.
Əməkdar artist Zaur Əmirəslanovdan yeni xəbər var. ANS PRESS-in məlumatına görə, sənətçi off-road pilotlarina layihə həsr edib. Zaur bəyin ifa etdiyi "Dağlara gedən yollar" adlı (По горным дорогам) rus dilində olan mahnı dahi Rəşid Behbudovun repertuarındandır.

Mahnının musiqi Sergey Arbatov, sözləri Rəsul Qamzatova məxsusdur.

Bu barədə saytımıza məlumat verən Zaur Əmiraslanov təəssüratlarını da bölüşüb: "Off -road - yolsuzluq avtomobil yarışı bu gün dunyada ən məhşur və cəlbedici idman və aktiv istirahət növlərindən biridir. Bu yarışlar əsl emosiya, adrenalin, çilğınlığ, unudulmaz təəsuratla doludur"
Proyektə klip çəkdirmək planlaşdırılıb.

Əməkdar artistin ifasını sizə təqdim edirik.




DOSTLARINLA PAYLAŞ:

oyunlar