Safira Alizade ve Ferhad Aliyev Bodrumda toy etdi
06 İyul 2013 Şənbə 06:16
Safira Alizade ve nazir oğlu Ferhad Aliyev Bodrumda toy etdi. Merasimin sonunda ateşfeşanlıq olub.
Ötən gün müğənni Safura Əlizadə sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Axşam.az-ın məlumatına görə, sənətçinin təmtəraqlı toy mərasimi azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmalife Resort and Spa” hotelində keçirilib.

Aparıcılığını şoumen Murad Dadaşovun etdiyi toy mərasiminə xalq artisti Zülfiyyə Xanbabayeva, prodüser Tolik, “Bakılı oğlanlar” komandasının keçmiş üzvü Elçin Əzizov da qatılıb.

Toyda Safuranı stilist Anar Ağakişiyev bəzəyib.

Gec saatlara qədər davam edən mərasimin sonunda atəşfəşanlıq olub.