Xalq artisti Siyavuş Aslanın səhhəti pisləşib
13 Dekabr 2010 Bazar Ertəsi 18:45
Aktyor beyin qan dövranının kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Xalq artisti Siyavuş Aslanın səhhəti pisləşib. Aktyor noyabrın 11-dən beyin qan dövranının kəskin pozulması diaqnozu ilə paytaxtda yerləşən özəl xəstəxanalardan birinə gətirilib. Hazırda Siyavuş Aslanın vəziyyəti qənaətbəxş hesab olunur. Həkimi Fərəc Quliyev bildirib ki, xalq artisti qan təzyiqi ilə əlaqadər əvvəllər də müayinə olunub: "Siyavuş Aslan 3 gündür kəskin kəllə beyin qan təzyiqi diaqnozu ilə stasionar şöbəyə yerləşdirilib. Profilaktik müayinəyə gəlmişdi, amma gördük ki, vəziyyəti yaxşı deyil. Hazırda özünü yaxşı hiss edir, huşu aydındır".

Halı yaxşı olmasa da, xəstəliyi ilə bağlı xalq artisti özü də məlumat verib. O, xəstəliyinə səbəb kimi yaşının artmasını göstərib: "Dayanan yerdə yıxıldım. Baş gicəllənmə oldu. Təzyiqim qalxıb, bilməmişəm".

Həkim Fərəc Quliyevin sözlərinə görə, müalicə istənilən şəkildə nəticə verərsə və xalq artisti özünü yaxşı hiss edərsə, o, bir həftədən sonra evə buraxılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar