Xalq artisti Faiq Ağayev jurnalistləri eksklüziv mahnıları ilə təbrik etdi
22 İyul 2010 Cümə Axşamı 18:30
Faiq Ağayev: "Səhnədə olduğun 22 il ərzində hər zaman jurnalistlərin dəstəyini hiss etmişəm".
Xalq artisti Faiq Ağayev yeni mahnılar yazdırıb. ANS PRESS-in məlumatına görə, xalq artisti yeni mahnılarını eksklüziv olaraq milli mətbuatın yaradılmasının 135 illiyinə həsr olunmuş tədbirdə ifa edib.

Xalq artistinin jurnalistlərin şərəfinə oxuduğu "Gərək" (sözlər - Rəşad, musiqi - Rəhim Rəhimli) və "Sevirəm bir dəfə" ( sözlər - Ülviyyə Alovlu, musiqi - Zamiq Qasımov ) mahnıları qələm əhlinin alqışları ilə qaşılanıb.

"Peşəkar KİV nümayəndələrinə böyük hörmətim var. Səhnədə olduğun 22 il ərzində hər zaman jurnalistlərin dəstəyini hiss etmişəm. Məhz onlara olan sevgimdən irəli gəlir ki, yeni yazdırdığım mahnılarımı Milli Mətbuat bayramında təqdim edirəm" söyləyən Faiq Ağayev mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar