Xalq artisti Bilal Əliyev dünyanı gəzəcək
31 Avqust 2010 Çərşənbə Axşamı 10:45
Rusiyadan yeni qayıdan Bilal Əliyev Avropa, Amerika, İranda çıxış edəcək.
Bir çox sənətçidən fərqli olaraq xalq artisti Bilal Əliyev yayın isti günlərində heç bir yerdə istirahət etməyib. Bütün enerjisini yaradıcılığına həsr edən xalq artisti ANS PRESS-ə açıqlamasında hazırda yeni proqram üzərində çalışdığını dedi: “Rusiyadan yeni qayıtmışam, orada konsertlərim təşkil olunmuşdu. Hazırda Avropaya getməyə hazırlaşırıq, sonra konsert proqramı ilə çıxış etmək üçün Amerikaya gedəcəm. Daha sonra da İrana səfərim var”.

İstirahətə gəlincə, müğənni Azərbaycanda dincəlməyə daha çox üstünlük verir: “Hazırda Azərbaycan o qədər inkişaf edib ki, dünyanın heç bir ölkəsinə gedib istirahət etməyə ehtiyac qalmayıb. Digər ölkələrdə olan istirahət guşələri artıq burada da var. Qəbələ, Quba, Xızı, Masallı, Yardımlı – sizcə, bu cür gözəl guşələri qoyub harasa getmək olar? Azərbaycanın yerini heç bir ölkə verə bilməz”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar