Türkiyədə daha bir maneken eyvandan yıxılıb öldü
25 İyul 2010 Bazar 04:00
Burcu Aluç barda birlikdə spirtli içki qəbul etdikdən sonra dostunun evinə gedibmiş.
Antalyada 22 yaşlı meneken Burcu Aluç faciəli şəkildə həlak olub. Barda birlikdə spirtli içki içdiyi dostunun evinə gedən maneken 5-ci mərtəbədəki eyvandan yıxılaraq, ölüb. Hadisədən sonra Burcu Aluçun dostu İbrahim Tokgöz saxlanılıb. Manekenin ölümündən bir gün əvvəldə Facebook-da xəyanətə uğradığını, tərk edildiyini bildirən yazılar yazması əməliyyatçıların diqqətini cəlb edib.Saxlanılan İbrahim Tokgöz ifadəsində bildirib ki, manekenlə bir ay əvvəl tanış olublar. Onun sözlərinə görə, Burcu Aluçla bardan çıxdıqdan sonra evə gediblər. Saxlanılan şəxs bildirib ki, hadisə baş verən zaman yatıbmış. O,səs-küyə oyandığını bildirib. Hazırda əməliyyatçılar Burcu Aluçun intihar etdiyini, yoxsa eyvandan bilmədən yıxıldığını araşdırırlar.

Xatırladaq ki, bir neçə gün əvvəl daha bir maneken-Aslı Baş da eyvandan yıxılaraq ölmüşdü. Burcu Aluçun başına gələn faciə isə Aslı Başın dəfn edildiyi günün axşamı baş verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar