Tuba Büyüküstünün atası Masondur
22 Oktyabr 2010 Cümə 05:25
Telekanallardan birində Sərdar Büyüküstünün masonluğa daxil olarkən and içən kadrları nümayiş olunub.
Türkiyənin məhşur aktrisası Tuba Büyüküstünün atası Masondur. Bu, “Habertürk” telekanalında nümayiş olunan masonluğa giriş mərasiminin video-kadrlarından sonra meydana çıxıb. Kadrların nümayişinə səbəb isə “Azad və qəbul edilmiş Masonlar” böyük lojasının ustadı Rəmzi Sanverin talekanalda iştirak etdiyi proqram olub. Qeyd edək ki, R. Sanver TV-nin redaktoru Fath Altaylının aparıcısı olduğu “Teke-Tek” proqramında qonaq olub və burda masonluğa giriş (Tekris) mərasiminin kadrlarını nümayiş etdirərək bu barədə məlumat verib. Nümayiş olunan kadrlarda isə aktrisanın atası Sərdar Büyüküstün də görünüb. Büyüküstün gözləri bağlı şəkildə masonluğa namizəd olan bir neçə nəfərlə burda gördüklərini heç yerdə danışmayacağına and içirmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar