Səfurə Əlizadə restoranda oxudu
16 May 2010 Bazar 03:50
Səfurə Əlizadə restoranda oxudu. Konsertdə Emin Ağalarov və Leyla Əliyev da iştirak edib.
Azərbaycanın “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə bu gecə Moskvadakı “Zaferano” restoranında çıxış edib. Konsertdə Filip Kirkorov, Anni Lorak, “PM” qrupu, iş adamı Emin Ağalarov və onun həyat yoldaşı Leyla Əliyeva da iştirak ediblər. Onlar Səfurənin vokal göstəricilərini qiymətləndiriblər və ona Osloda mayın sonlarında keçiriləcək müsabiqədə uburlar arzulayıblar.

Səfurə Əlizadənin çıxışını diqqətlə izləyən məşhur müğənni Filip Kirkorov bildirib ki, o, müsabiqədə mütləq birinci olacaq: “Səfurə mənim favoritlərimin siyahısına daxildir. Mən Pyotr Naliçi və onun “Guitar” hitini sevirəm. Amma əminm ki, Səfurə qalib gələcək”.

Gecədə iştirak edən şoumen Timur Rodriges də Səfurənin şansları ilə bağlı Vilip Kirkorovla həmfikirdir: “Səfurə çox istedadlıdır. Onu uğur gözləyir”.

Səfurə Əlizadə isə çıxışından sonra bildirib ki, təqdimatın baş tutduğunu düşünür: “Moskvada məni çox isti və səmimiyyətlə qarşıladılar. Hamıya xoş sözlər və dəstəyə görə təşəkkür etmək istəyirəm. Mən müsabiqədər sonra bura mütləq qayıtmağa və bir neçə konsert verməyə çalışacam. Əgər qələbə ilə qayıtsam, ikiqat xoş olacaq”.

Konsertdən dərhal sonra Səfurə Əlizadə “Avroviziya-2010” müsabqəsinə hazırlıqları davam etdirmək üçün Osloya yola düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar