Səfurə Əlizadə: “İstənilən bir yarışmada uğur qazanmaq böyük zəhmət tələb edir”
13 Mart 2010 Şənbə 15:05
Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə ciddi-cəhdlə müsabiqəyə hazırlıq prosesi keçir.
Hazırda Stokholmda müsabiqəyə hazırlaşan təmsilçi APA-ya açıqlamasında bildirib ki, müsabiqədə yüksək səviyyədə iştirakı üçün Avropanın ən güclü peşəkarları onun ətrafına toplaNıb: “Mənim üzərimə olduqca böyük bir məsuliyyət düşür. Müsabiqədə ifa etməyim üçün təqdim olunan mahnılardan biri olan “Soulless” artıq yazılıb. Eyni zamanda yeni fotosessiya da çəkilib. Bu müsabiqədə yüksək nəticə əldə etməyim üçün var qüvvəmlə çalışıram. Ümidvaram ki, bu əziyyətim yerdə qalmayacaq. İstənilən bir yarışmada uğur qazanmaq böyük zəhmət tələb edir. Hələ təmsilçi seçilməmişdən əvvəldə mən bütün çətinliyi anladığımı və bu çətinliklərin öhdəsindən gəlmək bacarığında olduğumu bildirmişdim. Bunu söz xətrinə deyil, həqiqət olaraq demişəm və bunu da sübut edəcəyəm”. Stokholmda işlərini yekunlaşdırdıqdan sonra isə təmsilçimiz yenidən Kiyevə gedəcək. S. Əlizadə məhz Kiyevdə müsabiqədə ifa olunacaq mahnıya klip çəkiləcək: “Bu müsabiqədə iştirakı bütün həyatım boyu arzulamışam. Ətrafımda mənə yardımçı olan və uğur qazanmam üçün çalışan çox istedadlı insanlar var. Bu sənəti çox sevirəm. Burada vokal müəllimlərimdən çox şeylər öyrənmişəm. Bütün bunlar mənim üçün çox böyük təcrübədir və gələcək sənətimə də çox ciddi yardımçı olacaq”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar