Səfurə Əlizadə: "Beyonsun mikrofonu əlimdə idi"
04 Mart 2010 Cümə Axşamı 18:10
"Eurovison" təmsilçimiz qəribə yuxu görüb
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanın bu ilki təmsilçisi Səfurə Əlizadə mətbuat konfransı keçirib. ANS PRESS-in məlumatına görə, mətbuat konfransını İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov açıb və minsiflər heyətinin qərarı ilə Səfurə Əlizadənin “Eurovision-2010”-da Azərbaycanı təmsil edəcəyini bir daha xatırladıb.

Daha sonra isə "Eurovision" müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin sədri Adil Kərimli çıxış edərək jurnalistlərdən mövzunu işıqlandırarkən beynəlxalq arenanı nəzərə almalarını xahiş edib.

Konfransda jurnalistlər tərəfindən milli finalda səslənən mahnılarla bağlı iradlar səslənib və bu musiqilərin Azərbaycanı təmsil etmək üçün qaneedici olmaması nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Jurnalistlərin suallarını cavablandıran Səfurə Əlizadə bildirib ki, final gecəsi qəribə yuxu görüb.

“Final gecəsi yuxuda əlimdə tutduğum mikrofon az qala düşəcəkdi və mən onu tutdum. Ən maraqlısı o idi ki, bu Beyonsun mikrofonu idi. Beyonsun mikrafonu əlimdə idi. Bu isə o demək idi ki, mən qalib gəlməli idim", deyə ifaçı bildirib.

Səfurə Əlizadənin hazırlıqlarla bağlı sabah Ukraynaya yola düçəcəyi və "Eurovision"da səslənəcək mahnının İsveçdə yazılacağı açıqlanıb. Bbildirilib ki, Səfurənin müsabiqədə ifa edəcəyi mahnı hələ ki, məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar