Santa Barbara ulduzu evləndi
03 Fevral 2014 Bazar Ertəsi 12:51
Əsil adı Nikolas Koster olan sənətçi iki il bundan öncə pərəstişkarı ilə Moskvada görüşüb.
İllərdir yaddaşlardan çıxmayan məşhur “Santa Barbara” serialında Layonel Lokric adı ilə ulduza çevrilən 79 yaşlı aktyor evlənib. ANS PRESS-in məlumatına görə, aktyor əslən rusiyadan olan Moskvada yaşayan 38 yaşlı pərəstişkarı Yelena Borodulina ilə ailə həyatı qurub. Yeni yoldaşı ondan 43 yaş kiçikdir. Yanvar ayının 31-i Yelena şəxsi Facebook səhifəsində aktyor ilə evləndiyi barədə məlumat verib.

Borodulina cazibədar ulduzu serialın ilk bölümündən sonra sevdiyini bildirib. Bir çox illər onun ilə görüşmək arzusunda yaşadığını vurğulayıb. Cütlük ilk dəfə Facebook sosial şəbəkəsində ünsiyyət qurmağa başlayıblar. Əsil adı Nikolas Koster olan sənətçi iki il bundan öncə pərəstişkarı ilə Moskvada görüşüb. Ondan sonra Yelena ABŞ-ə köçüb. Bu qadına görə aktyor ailəsindən boşanıb, evini tərk edib. Cütlük hal-hazırda aktyorun xeyli miqdarda pul ödədiyi yaxtada yaşayır.

“Mənim üçün heç bir fərqi yoxdur o imkanlıdır, ya kasıb. Əsası odur ki, biz bir birimizi sevirik. Uşaq vaxtlarımdan mən Lokricin ekranda gördüyüm görünüşünə vurulmuşam. İndi isə mənim bütün varlığım, hisslərim ona aiddir. Mən əminəm ki, o da məni sevir”- deyə Yelena bildirib.

Yaş fərqinə, dildə biraz çətinlik çəkməklərinə baxmayaraq onlar bir-birlərini rahat başa düşürlər. Kasterdə bildirib ki, o övlad arzusundadır. Yaşının isə buna problem yaratmaq üçün əsas vermir, vacib olan insanın daxilən özünü necə yaşda hiss etməsidir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar