Robertino Loretti Bakıya gəlib
13 Fevral 2011 Bazar 11:25
"Azərbaycanlılara öz ürəyimi, qəlbimi verəcəyəm"
Bu gün 60-cı illərdə şöhrət zirvəsini fəth edən italiyalı müğənni Robertino Loretti Bakıya gəlib. Heydər Əliyev Sarayında konsert verəcək müğənni ANS-ə eksklüziv müsahibəsində Azərbaycanlı pərəstişkarlarına romantik və duyğulu görüş vəd edib.

“Mən Azərbaycanda bir neçə il bundan öncə olmuşam. Xatırlayıram ki, azərbaycanlılar çox gözəl insanlardır. Ümid edirəm ki, onlar da məni xatırlayır. Konsertdə çoxlu insanların olacağını gözləyirəm. Onlara öz ürəyimi, qəlbimi verməyi istəyirəm. Düşünürəm ki, hər yerdə olduğu kimi burada da belə olacaq. Pərəstişkarlarımla dərin romantik görüş olacağını gözləyirəm. Mən pərəstişkarlarıma həyatın gözəlliklərini arzulayıram. Hamınıza uğurlar arzulayıram”, - deyə Robertino Loretti vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar