Rəqsanə "Range Rover"lə qəza törətdi
12 İyul 2010 Bazar Ertəsi 15:15
MüğənniRəqsanənin çənəsi sükana dəyib
Bu səhər müğənni Rəqsanə şəxsi avtomobilində qəza keçirib. Onun bildirdiyinə görə, hadisə telekanalların birinə gedərkən baş verib: “Maşınım 4 avtomobillə toqquşub. Toqquşma zamanı ağzım sükana dəydi. Bir anda özümü itirdim və nə baş verdiyini anlaya bilmədim. Etiraf edim ki, avtomobili 160 km/saat sürətlə idarə edirdim. Canlı efirə gecikməyim deyə, həyatımı təhlükəyə atdım. Qəza baş verəndən sonra evə zəng vurub, yardım istədim. Dərhal başqa avtomobil gəlib, məni ünvana çatdırdı. Həmin vaxt həyacandan bərk-bərk ağlayırdım”.

Müğənni bildirdi ki, toqquşma nəticəsində iki avtomobil zədələnib: “Mənim üzərimə iki avtomobili təmir etmək düşür. Hər ikisi xarici marka avtomobillərdir. Qeyd edim ki, toqquşma nəticəsində heç bir sürücü zərər çəkməyib. Sadəcə, avtomobilləri yüngül zədələnib”.

Rəqsanə deyib ki, idarə etdiyi maşın ona düşmür: “Onu idarə edərkən bir neçə dəfə təhlükə ilə üzləşmişəm. Ona görə də, satmağı düşünürəm”.

Xatırladaq ki, müğənninin hazırda idarə etdiyi avtomobil 90 EZ-999 dövlət nömrə nişanlı «Range Rover»dir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar