Rəqsanə İsmayılova qızı Aysun ilə verliş aparacaq
02 Sentyabr 2014 Çərşənbə Axşamı 12:11
Müğənni Rəqsanə İsmayılova və qızı Aysun çoxdan gözlənilən dəb şousunu nümayiş etdirəcək.
Müğənni Rəqsanə İsmayılova və qızı Aysun çoxdan gözlənilən dəb şousunu nümayiş etdirəcək.

ANS PRESS-in məlumatına görə, İnstagram səhifəsində xəbər paylaşan ifaçı bu yaxınlarda yeni verilişlə tamaşaçılarının qarşısına çıxacağını deyib.

“Azərbaycan teleməkanında yeni layihə - “YAR”. Dəb yenilikləri, ulduzlu qonaqlar, xanımları maraqlandıran hər şey səs-küylü “YAR” layihəsində olacaq. Verilişin daha bir özəlliyi odur ki, uzun zamandır, gözü yolda qalanların həsrətinə son qoyulacaq. Dəbli şouda siz itirdiyiniz doğmalarınızı da tapa biləcəksiniz, biz sizə bu şəraiti yaradırıq. Gözləri yolda qalan analar öz övladlarına xanımlar üçün hazırlanmış “YAR”da qovuşacaqlar. Vətəndən kənarda olan, əlaqə qura bilmədiyiniz ailə üzvləriniz varsa, xaricdə cəzaçəkmə müəssisələrində olan doğmalarınıza belə sizi “YAR” proqramı qovuşduracaq".

Qeyd edək ki, "YAR" layihəsinin prodüseri Azərbaycanda fəaliyyət göstərən məşhur türk Kemal Cenk İçtəndir. "YAR"ın açıqlaması isə Yağmur, Aysun, Rəqsanədir. İfaçının verilişinin adı qızlarının və özünün adlarının baş hərflərindəndir.









DOSTLARINLA PAYLAŞ:

oyunlar