Rəqsanə ağır yol qəzası keçirib
10 Yanvar 2011 Bazar Ertəsi 11:22
Hazırda müğənni Rəqsanə ev şəraitində olsa da vəziyyəti ürəkaçan deyil.
Müğənni Rəqsanə İsmayılova ağır yol qəzası keçirib. Milli.Az-ın məlumatına görə, bir neçə gün öncə gecə saatlarında müəyyən səbəblərə görə, evdən əsəbi və gərgin şəkildə çıxan müğənni stress atmaq üçün Novxanı yolunda maşın sürməyi qərara alıb. Lakin “gəzinti” ona baha başa gəlib.

Qaranlıq gecədə qəfildən qarşısına çıxan "KamAZ" markalı avtomobil onun avtomobilinin üstünə gəlib. "KamAZ"la toquşan zaman Rəqsanə huşunu itirib. Yoldan keçən bir şəxs müğənnini tanıyıb və onu evlərinə gətirib. Özündə olmayan Rəqsanə nə maşınını görüb, nə də onu evə gətirən şəxsi tanıyıb.

Müğənninin prodüsseri Təranə Səmədova xəbəri təsdiqləyib: “Bəli, hadisə siz danışdığınız kimi olub. Rəqsanə qəzaya uğrayıb. Allaha şükür ki, o, salamatdır. Vəziyyəti də kafidir. Amma hazırda danışmağa halı yoxdur. Çox qorxub. Heç kimə cavab vermir. Sağ olsun vətəndaşlar, onu gecə yarısı yolda qoymayıblar. Heç tanımadığımız adam gətirib”.

Qeyd edək ki, qəzadan sonra müğənninin “Range Rover” markalı maşınını heç kim görməyib. T.Səmədova bildirib ki, maşın, qəza baş verən gecədən ustanın yanındadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar