Qızı Sibel Canı təhqir etdi
04 Sentyabr 2010 Şənbə 11:35
Melisa Sibel Cana: "Sən bir özünə bax. Kostyumlarına sığmırsan".
Məşhur türk müğənnisi Sibel Can ilə qızı Melisa arasında artıq çəki üstündə mübahisə yaranıb. Belə ki, Sibel Can birinci həyat yoldaşı Xaqan Uraldan olan qızı Melisanı həddindən artıq kökəldiyi üçün arıqlama düşərgəsinə göndərib. İki həftə ərzində 9.5 arıqlayan Melisanın səhhətində problem yarandığından, Sibel Can qızına zərər gələcəyindən qorxaraq onu düşərgədən geri çağırıb. Melisa isə qısa müddət ərzində yenidən əvvəlki çəkisini bərpa edib.

Türkiyə mətbuatının yazdığına görə, Melisanı arıqlamağa razı salmaq üçün Sibel Can bir neçə gün əvvəl onu psixoloqa aparıb. Ancaq gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Melisa anasının üzərinə qışqıraraq: "Sən özünə baxsana. Qəzetlərdəki fotoşəkillərini görmürsənmi? Kostyumlarına sığmırsan". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar