Pop müğənnisi Haluk Levent həbs olunub
05 May 2010 Çərşənbə 05:50
Ankara məhkəməsinin çıxardığı qərar müğənni Haluk Levent konsertdə çıxış edərkən icra olunub.
Türkiyənin məhşur pop müğənnisi Haluk Levent polis tərəfdən saxlanılıb. ANS PRESS “Cihan”a istnadən xəbər verir ki, hadisə Çanaqqala rayonu Yenice rayonunda müğənni konsertdə çıxış edərkən baş verib. Təxminən 3 min pərəstişkarın iştirak etdiyi konsert sadəcə 20 dəqiqə davam edib.

Yenicə rayon polis şöbəsinə aparılan müğənni barəsində Ankara məhkəməsi tərəfindən həbs qərarı çıxarıldığı bildirilib.

Qeyd edək ki, müğənni Haluk Leventin yaxalnmasının səbəbləri hələlik məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar