Polad Alemdar Leylanı xilas edə biləcəkmi? (Video)
23 Fevral 2011 Çərşənbə 00:21
“Kurtlar Vadisi Pusu”nun yeni – 114-cü seriyasında bəzi suallar öz cavabını tapacaq. Polad Alemdar Leylanı xilas edə biləcəkmi?
“Kurtlar Vadisi Pusu” filminin yeni – 114-cü seriyasının kadrları yayımlandı. Pusquya düşən Leyla və baş prokurorun aqibəti necə olacaq? Ersoy Ulubeyin “əzraili” olduğunu iddia edən Hamid baş prokurordan nə istəyəcək? Polad Alemdar Leyla və prokuroru xilas edə biləcəkmi?

Həbsxanada olan və baş prokurora qarşı gizli kamera görüntüləri ilə şantaj planı hazırlayan Ersoy Uilubeyin bu planı baş tutacaqmı?

Pusat və Kənan daha böyük olmaq üçün necə bir plan hazırlayacaq? Pusatın gizli işlərlə məşğul olduğunu öyrənən Nəsrin nə reaksiya verəcək?

Poladın adamı Cahid dəyənəklə kimi döyür? Şərəf Zazaoğlu Htler salamı ilə kimi salamlayır?

Zülfüqar ağanın sürücülərini hədələyən, birinin əlini kəsən Hamidə qarşı Polad və adamları haraya hücum edəcək? Hücum vaxtı nə baş verəcək? Hamid kimə zərər verəcək?

Bu və digər bu kimi sualların cavabını “Pusu”nun fevralın 24-də nümayiş olunacaq növbəti – 114-cü seriyasında tapmaq mümkün olacaq. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar