Polad Alemdar kostyumu idman ayaqqabısı ilə geyinir
17 Dekabr 2010 Cümə 06:40
“Polad və adamlarının hədəfi 2023-cü ildə Türkiyəni dünyanın lider ölkəsinə çevirməkdir”
Reytinq rekordçusu olan “Kurtlar Vadisi Pusu” serialında Polad Alemdar rolunun ifaçısı Necati Şaşmaz filmin çəkilişi vaxtı bəzi hiylələrə əl atdıqlarını etiraf edib. Filmin qəhramanı Polad və adamlarının hədəfinin 2023-cü ildə Türkiyəni dünyanın lider ölkəsinə çevirmək olduğunu deyən Şaşmaz özünün də bu arzuya qoşulduğunu bildirib.

Filmdəki döyüş səhnələri barədə danışan N. Şaşmaz belə vaxtlarda kostyumu çıxararaq idman geyimində çəkilməyə üstünlük verdiklərini deyib. Şaşmaz həmçinin kostyumla çəkilmək zərurəti yarandığı vaxt kameraya düşməmək şərtilə idman ayaqqabısı geyindiklərini, beləcə ayaq burxulma ehtimalını minimuma düşürdüklərini etiraf edib.

Memati rolunun ifaçısı Gürkan Uygun isə uşaqlıqda kovboy kinolarına baxaraq tapança-döyüş oynadıqlarını, bu səbəblə də “Vadi”nin belə səhnələrindən xüsusi zövq aldığını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar