Oksana Rəsulova: Fatimə qalmaqaldan özünə yaxşı reklam qazandı
13 Yanvar 2010 Çərşənbə 19:05
Oksana Rəsulova Azərbaycanda sağlam rəqabətin olmadığını iddia edir.
Hind rəqsləri üzrə beynəlxalq müsabiqələrin qalibi, həmyerlimiz Oksana Rəsulovanı artıq Azərbaycanda bir çox insan tanıyır. Uzun illər Rusiyada yaşayan Oksana, Azərbaycana gələr-gəlməz rəqqasə Fatimənin hind rəqsi haqqında fikir söylədi və bu fikir onu qalmaqala saldı. Deyilənə görə, son zamanlar rəqqasələr arasında sakitçilikdir. Amma Oksananın ANS PRESS-ə müsahibəsi deyəsən növbəti qalmaqala yol açacaq.

- Oksana necə düşünürsən hind rəqsi ilə sən Azərbaycanda fəxri ad ala bilərsən?
- Təbii ki, yox. Mən ancaq Hindistanın xalq artisti ola bilərəm.

- Gəldiyin gündən rəqqasə Fatimə ilə qalmaqal söhbətləriniz səngimək bilmir. Bu qalmaqallardan səncə kim daha çox özünə reklam qazandı sən yoxsa Fatimə?
- Mənə elə gəlir ki, Fatimə. Çünki mən sadəcə hind rəqsini bilən bir insan kimi fikir söylədim. O, isə bu söhbəti şişirtdi. Mən hardan bilim ki, sağlam rəqabət Azərbaycanda yoxdur. Təbii ki, Fatimə tamaşaçı üçün ola bilsin yaxşı rəqs edir. Amma peşəkarlıq baxımından yanaşsaq o zəif rəqqasədir.

- Müsahibələrinin birində “mən heç vaxt restoran səviyyəsinə enmərəm” söyləmisən. Məgər restoranda oynayanlar pis yolun yolçularıdır?
- Mən doğrudan da nə toylara, nədə ki, şou proqramlara getmirəm. Amma bu restoranlarda oynayanların pis yola düşdükləri anlamına gəlmir. Sadəcə mən səhnədə oynamağa öyrəşmişəm. Restoranda rəqqasə oynadığı zaman tamaşaçı ona baxmır. Biri çörək yeyir, digəri siqaret çəkir. Amma konsert zamanı tamaşaçı sənin rəqsini izləməyə gəlir.

- Azərbaycan şou-biznesi toy və şou proqramlar üzərində qurulub. Əgər bunların heç birinə getmirsənsə, maddi gəliri hansı yolla əldə edirsən?
- Tamamilə haqlısınız amma bu mənim prinsipimdir və bu prinsipimdən geri dönən deyiləm.

- Yaşını mətbuatdan gizlətmirsən?
- Xeyr, 27 yaşım var, oxatan bürcündən və it ilindənəm. Amma çox insan mənə az yaş verir.

- Sevdiyin şəxs var?
- Olub, amma hazırda yoxdur.

- Eşitdik növbəti festivala hazırlaşırsan. Bu dəfə səfərin hansı ölkəyədir?
- Fevral ayının axırı Hindistanda 2 televiziya müsabiqəsi keçiriləcək. İnşallah o festivallarda iştirak etmək fikrim var. Əldə etdiyim məlumata görə münsiflər heyətində Hindistanın məşhur kino aktyorları əyləşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar