NEXT beynəlxalq arenanın məşhur qızlarına “Dans et” deyəcək
26 Avqust 2010 Cümə Axşamı 14:50
Qrup“Dans et” mahnısına çəkilən klipi tamaşaçıların ixtiyarına verəcək.
Yay mövsümü ərzində gözdən uzaq gəzib, efirlərdə görünməyən NEXT qrupunun yeni layihə üzərində çalışdığı məlum olub. Bu barədə ANS PRESS-ə qrupun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qrup sentyabr ayından etibarən hələ ki, sirr saxladıqları layihələri davamlı olaraq geniş kütləyə təqdim edəcək. Qeyd edək ki, NEXT ilk olaraq “Love for sale” albomundan “Dans et” mahnısına çəkilən klipi tamaşaçıların ixtiyarına verəcək. Hazırda çəkiliş prosesi gedən “Dans et” mahnısının musiqisi Aybəniz Güllərə, sözləri isə Güllər xanıma aiddir. Etno-pop janrında olan musiqidə nağara, saz alətlərinin elementlerindən də istifadə olunub.

Qeyd edək ki, klipin beynəlxalq standartlara uyğun olması üçün xaricdən yaradıcı qrup və texniki avadanlıqlar gətirilib. Azərbaycanda bahalı kliplərdən sayılacaq bu ekran işində 4 yaraşıqlı oğlanla yanaşı, ölkəmizin seçilən və dünyada tanınmış qızları iştirak edib. Sözügedən xanımların kimliyinə gəlincə isə, NEXT-in mətbuat xidməti bu barədə açıqlama verməyərək, hələlik sirr saxladıqlarını bildirdi: ”Bu xanımlardan heç biri hələ heç bir müğənninin klipinə çəkilməyib. Ona görə yox ki, onlara belə bir dəvət gəlməyib. Xeyr, sadəcə olaraq onlar iş rejimləri ilə əlaqədar olaraq çox seçicidirlər". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar